İstanbulda banka silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, bu gün səhər bir nəfər silahlı İstanbulun Bağçaşəhər yaxınlığında banka daxil olaraq mühafizə xidmətinin əməkdaşını tərk-silah edib.
Daha sonra bankdan 100 min lirə tələb edib. Bank işçiləri hadisədən şok keçiriblər.
Soyğunçu bankı tərk etdikdən az sonra əraziyə çoxlu polis əməkdaşları gəlib.
Bankı qarət edən silahlı şəxs axtarılır.