5 Avqust 2014 17:03
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-dən 13-dək Türkiyəyə səfər edəcək.

Teleqraf.com bildirir ki, deputatlar Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

Cavidan


Müəllif: