5 Fevral 2018 15:02
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya Türkiyədəki səfirini geri çağırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Hollandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, olaya səbəb 2017-ci ilin martında yaşanmış gərginlik göstərilib. Bildirilib ki, həmin hadisə ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar dayandırılıb: "Nə Türkiyə, nə də Hollandiya tərəfindən yeni səfir təyinatı olmayacaq".

Qeyd edək ki, ötən ilin martında türk nazirlər Hollandiyada təşkil olunan toplantıya buraxılmamışdı. Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya Rotterdam polisi tərəfindən Hollandiyadan çıxarılmışdı.


Müəllif: Samir