Ötən gün Türkiyə ordusunu minaatanlardan atəşə tutan terrorçuların video-görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, videoda PYD-li qadınların türk əsgərlərin koordinatları müəyyən etməsi və daha sonra tank əleyhinə minaatanları işə salmaları öz əksini tapıb.
Qeyd edək ki, 7 fevral 2018-ci ildə Afrində türk hərbçiləri terrorçular tərəfindən atəşə məruz qalıblar. Türkiyə ordusu həmin hücumlar zamanı iki hərbçisini ititirb.