Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılmayıb.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, ötən ilin dekabrında xəstəxanada ana ölümü baş verib: "Məsələ ilə bağlı araşdırma başlanıb. Baş həkim hazırda iş başındadır. Rəsmi olaraq o, vəzifəsindən azad edilməyib".
Qeyd edək ki, mediada Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Arzu Məhərrəmovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.