16 Fevral 2018 14:23
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 11 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.

SOCAR-dan Teleqraf.com-a verilən xəbərdə bildirilir ki, intitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib.

1969-cu il təvəllüdlü Ə.Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib. İş yoldaşlarının dediyinə görə, o, anası rəhmətə getdikdən sonra depresiyadan əziyyət çəkib və müalicə olunub.

"Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR-ın kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər