27 Fevral 2018 12:03
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da, Mustafa Kamal Atatürkün vəfatının ildönümündə qol qaldırıb oynayan lisey direktoruna cəza verilib.

müxalif CHP-dən olan millət vəkili İbrahim Özdişin gündəmə gətirdiyi hadisəyə Türkiyənin təhsil naziri İsmet Yılmaz cavab verib.

Nazir Atatürkün ölüm günündə Adanada yerləşən Bəxtiyar Vahabzadə adına liseyin həyətində rəqs edən direktor Sırrı Huyluya maaş cəzası kəsildiyini bildirib.

"Adana valiliyinin mənə verdiyi məlumata görə, sözügedən şəxsin maaşından pul kəsilib. Ancaq bu, hələ son deyil. Direktor Sırrı Huylu vilayət daxilində yer alan məktəblərdən birinə müəllim kimi işləməyə göndəriləcək", — İsmet Yılmaz bildirib./Sputnik/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər