İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, axtarışlar Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılır. Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.
Əlavə məlumat veriləcək.