Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun bir neçə gün öncə azad etdiyi Afrində güclü partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 6 nəfərdən ibarət ailə terrorçulardan azad edilən Afrindəki evinə geri dönüb.
Bir müddət sonra isə PKK terrorçularının evdə yerləşdirdiyi tələ işə düşüb və partlayış meydana gəlib.
Hadisə zamanı 1 azyaşlı sağ qalıb, 5 nəfər isə həlak olub.