28 Mart 2018 11:43
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər əsən güclü küləklər Masallı, Gədəbəy, Tovuz, Ağdam və Bərdədə elektrik şəbəkəsinə ziyan vurub, binaların damlarının konstruksiyalarının uçması və ağacların aşması nəticəsində elektrik xətlərində qırılma halları baş verib.

Bu barədə Teleqraf.com-a açıqlamasında Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev deyib.

Onun sözlərinə görə, Azərişıq ASC-nin əməkdaşları qısa müddət ərzində bu qəzalar aradan qaldırılıb və abonentlərə elektrik enerjisinin verilməsini operativ olaraq bərpa edilib:

"Ölkənin elektrik təsərrüfatında son illər həyata keçirilən əsaslı yenidənqurma, ən ucqar dağlıq bölgələrdə belə elektrik şəbəkələrinin yenidən qurulması, yeni yarımstansiyaların tikintisi, müasir KTM-lərin quraşdırılması və digər işlər sayəsində ən mürəkkəb hava şəraitində belə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan yaradıb".

Qurum rəsmisi qeyd edib ki, 2018-ci il ərzində ölkə üzrə 8 ədəd 110 kilovoltluq yarımstansiyanın tikintisi, 6 belə yarımstansiyanın əsaslı təmiri nəzərdə tutulur:

"35 kilovoltluq 48 yarımstansiyada əsaslı təmir işləri görüləcək. Daha 65 ədəd belə yarımstansiyada isə cari təmir işləri aparılacaq. 250 km uzunluğunda 35 kilovoltluq hava xətlərinin, 950 km 10 kilovoltluq hava xətlərinin təmiri planlaşdırılıb. 0,4 kV-luq şəbəkələrin bərpası məqsədilə 140 kənddə elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı – SİP - kabellərlə yenilənəcək".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər