29 Mart 2018 13:22
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda kütləvi şəkildə tələf olan xırdabuynuzlu heyvanlardan götürülmüş laborator nümunələrin nəticələri artıq məlumdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Kürdəmir rayon Baytarlıq İdarəsının rəisi Mehman Nəsirov deyib.

Onun sözlərinə görə, tələfat yalnız Ərəbqubalı kəndində bir sakinin təsərrüfatında qeydə alınıb: “Həmin sakin öz şəxsi hesabına etməli olduğu dərmanlamanı etməyib. Heyvanlar mövsümi xəstəlik olan blazotdan tələf olub. Yəni təsərrüfat sahibi həmin xəstəliyə qarşı heç bir qabaqlayıcı tədbir görməyib.

Qeyd olunan xəstəliyə qarşı dərmanlar açıq satışda var. İldə bir dəfə mövsümi xəstəliklərə qarşı dərmanlama aparılmalıdır. Sakinə tövsiyə olunub ki, dərmanları alıb, baytar nəzarəti altında heyvanlara versin”.

Qeyd edək ki, Kürdəmirdəki təsərrüfatların birində xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub. Rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinovun deyir ki, mart ayının 15-dən qoyun və keçiləri ölməyə başlayıb.

Hər gün 4-5 baş olmaqla, bugünədək 30-dan çox heyvan tələf olub.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər