Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Şamaxı şəhərinin girişində baş verib.
Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi "Qazel" markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Nəticədə "VAZ"da olan iki sərnişin – 1968-ci il təvəllüdlü Ucar rayon sakini Sima Məmmədova və 1985-ci il təvəllüdlü Göyçay sakini Emin Məmmədov dünyasını dəyişib.
Qəza zamanı həmçinin "VAZ"ın sürücüsü, Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Vasif Cabbarov, eləcə də, "Qazel"in sürücüsü, Şamaxı rayon sakiniz 1968-ci il təvəllüdlü Əflatun Feyzullayev və onun qohumu, 1991-ci il təvəllüdlü Nemət Feyzullayev xəsarət alıblar.
Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlayıb.