23 İyun 2018 22:45
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı sakinindən silah-sursat və narkotik götürülüb.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Müəllif: Teleqraf.com