İsmayıllı rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, rayonun Kürdmaşı kəndində 1989-cu il təvəllüdlü Ceyhunə Səfərova odlu silahdan açılan atəş nəticəsində güllələnib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ceyhunə Səfərova üç uşaq anasıdır. Onun həyat yoldaşı Elçin Cəfərov tərəfindən öldürüldüyü məlum olub.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.