ABŞ-in Kaliforniya ştatının Goleta şəhəri yaxınlığında baş verən yanğın nəticəsində ən azı 3.200 nəfər evakuasiya edilib.
Teleqraf.com xəbər verir ki, yüksək hava temperaturu və külək səbəbindən bölgədə baş verən yanğın 25-30 hektar əraziyə yayılıb. Xilasedicilər yanğının 5%-ni lokallaşdırmağa müvəffəq olublar. Evlər, tikililər və binalar da daxil olmaqla təxminən 20 bina dağıdılıb. Sahədə 350 xilasetmə briqadası və 4 helikopter var.
Verilən xəbərə görə, yerli saatla təxminən 1:00-da bölgənin fövqəladə vəziyyət və xilasetmə xidməti regional səviyyədə fövqəladə rejim elan edib. Xəsarət alan və ölən yoxdur.