23 İyul 2018 15:35
2 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

***

13:25

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Əlavə məlumat veriləcək.

***

10:21

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə əməliyyatına FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com