Daxili İşlər Nazirliyi Siyəzəndə və Gədəbəydə baş verən dəhşətli yol qəzaları ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, avqustun 25-də saat 15 radələrində Siyəzən rayonu ərazisində şəhər sakini Məhəmməd Güləliyevin idarə etdiyi “VAZ-21073” və Sumqayıt şəhər sakini Vasif Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, habelə Məhəmməd Güləliyevin sərnişini Seymur Güləliyev, Vasif Quliyevin sərnişinlərindən Bakı şəhər sakinləri Qənirə Quliyeva, Nigar Qəhrəmanova və Raul Abdullayev hadisə yerində ölüb, Vasif Quliyevin digər bir sərnişini xəstəxanaya yerləşdirilib.
Bu faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bundan başqa, avqustun 26-da saat 20 radələrində Gədəbəy rayonunun Maarif kəndi ərazisində rayon sakini sakini Samir Abdullayev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə Samir Abdullayev və sərnişini, Zəhmət kənd sakini Təbriz Əliyev xəstəxanaya yerləşdirilib və orada ölüblər.
Faktla bağlı Gədəbəy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.