28 Avqust 2018 19:10
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub bölgəsində ardıcıl üçüncü zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə - Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.

Maqnitudası 3,1 bal gücündə, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 bal və 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

17:49

Lerik rayon icra hakimiyyətinin nümayəndələri rayonda evlərə baxış keçirir. İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat qeydə alınmayıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Lerik rayon icra başçısının köməkçisi Ramin Əliyev deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qərargah yaradılıb: “Köhnə tikililərdə xırda çatlar yaranıb, lakin ciddi fəsad olmayıb. Qaz, işıq və ya suyun verilişində heç bir problem yoxdur. Həyat öz axarı ilə davam edir, narahatlığa əsas yoxdur. Gün ərzində və sabaha qədər dəqiq hesablamalar aparılacaq”.

***

17:01

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, bu gün yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Ətraf rayonlarda da yeraltı təkanlar müşahidə olunub.

***

17:01

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər