Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tbilisi prospektində qeydə alınıb.
Bakı şəhər sakini Turan Hüseynovaya məxsus əl çantasını naməlum şəxs götürərək qaçıb.
Qadın hadisə ilə bağlı polisə müraciət edib. Bildirib ki, əl çantasında 450 manat pul, mobil telefon və bankomat kartları olub.
Faktla bağlı cinayət işi başlanıb.