5 Sentyabr 2018 10:02
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, sentyabrın 3-də saat 23.30-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində “Niva” markalı AZ 43-BC-686 nöm­rəli dövlət nömrə nişanlı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub, avtomobildə olan 3 nəfər naməlum şəx­sin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtar­ması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.

Qeyd edilən şəxslərin yaxalanması barədə qərar verilib, sərhədçilərin “Dayan” komandasını eşidərək qaçmağa cəhd edərkən havaya xəbərdarlıq atə­şi açıldıqdan sonra saxlanılıb. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 ədəd metadon həbi aşkar olunub.

Saxlanılmış vətəndaşların şəxsiyyəti müəyyən edilib, onların Lənkəran rayon sakini 1984-cü il təvəllüdlü Əliyev Xaliq Bayram oğlu, Lerik rayon sakinləri 1979-cu il təvəllüdlü Bayramov Fuad Həsənağa oğlu və 1982-ci il təvəllüdlü Xosurov Rüfət Rizvan oğlu olmaları məlum olub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər