7 Sentyabr 2018 17:15
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məscidlərin nəzir qutusundan oğurluq edən gənc hadisə yerində yaxalanıb.

Teleqraf.com “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, oğrunu tutmaqda polislərə yardım edən isə Yasamal rayonu ərazisindəki məscidlərdən birinin axundu olub.

28-ci polis bölməsinin əməkdaşları gələnə kimi din xadimi oğrunu dirəyə bağlayıb, daha sonra videoya çəkib. Kadrlardan göründüyü kimi axund oğrunu “alçaq”, oğru isə cavabında axundu “xəbərçi” adlandırır. Əsəbiləşən axund gəncin ayağına təpiklə zərbə endirir.

İlkin məlumata görə, özünü polislərə Mirzəyev Anar kimi təqdim edən şübhəli nəzir qutusundan 100 manatdan çox pul oğurlayıb.

O, ifadəsində 1985-ci il təvəllüdlü olduğunu və Gəncədə yaşadığını bildirib. Polislər gəncin Sumqayıtdakı məscidlərdən birində də analoji oğurluq törətdiyini aşkara çıxarıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər