Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakini İmamhüseyn Ağayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış qəsəbə sakini Rəcəbəli Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtobusa vurub.
Nəticədə İmamhüseyn Ağayev hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.