Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs həmin ərazidə yaşayan bir qadına hücum edib. O, qadının baş nahiyəsinə yumruqla vurub və daha sonra mobil telefonunu alıb.
Zərərçəkmiş qadın baş verən olayla bağlı 24-cü polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.