Şənbə günü Haitinin şimal sahilində 5.8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri respublikanın paytaxtı Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.