11 Oktyabr 2018 12:04
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

302 nömrəli tam orta məktəbdə oktyabrın 10-u saat təxminən 08:48 radələrində, tənəffüs zamanı 3-cü sinif şagirdi məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Orta məktəbdən Teleqraf.com-a verilmiş məlumatda qeyd olunur ki, həmin şagird ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb. Aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.

Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.

Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub.

Qeyd edək ki, yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər.


Müəllif: Aytən

Oxşar xəbərlər