15 Oktyabr 2018 09:23
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xalçayuma sexi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan tikilinin (xalçayuma sexi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və qurutma hissəsində olan əşyalar yanıb.

Tikilinin qalan hissəsi və digər əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com