16 Oktyabr 2018 12:14
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb".

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan bildirilib.

Məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

***

09:30

Badamdarda sürüşmə ərazisində aktivlik gecə boyu davam edib.

Bu barədə Teleqraf-com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin yaratdığı Qərargah oktyabrın 15-dən 16-na keçən gecə də ərazidə müşahidələri davam etdirib. Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecə boyu davam edib.

Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.


Müəllif: Aytən

Oxşar xəbərlər