Bakıda kafe yanıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 80 kv.m olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin və dəhlizinin lambirdən ibarət tavanı 22 kv.m sahədə, mətbəx mebeli 2 kv.m sahədə yanıb, yüksək temperaturdan plastik qapı qismən əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.