Bakının Səbail rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 450 manat oğurlanması barədə 8-ci polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb.
Araşdırmalar zamanı Sübhan Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.