11 Noyabr 2018 11:56
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Y.Bobrovanın içərisində 500 manat, 450 ABŞ dolları və mobil telefon olan pulqabısını alıb.

22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Qasımlı saxlanılıb.

Məlum olub ki, Ruslan Qasımlı əvvəllər də məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər