Yaponiyanın Fukusima prefekturasının sahilləri yaxınlığında zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, ölkənin 12 prefekturasında hiss olunan yeraltı təkanların gücü Rixter cədvəli ilə 5 bal təşkil edib.
Zəlzələnin episentri 50 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, sunami təhlükəsi yoxdur. Dağıntı və tələfat barədə məlumat verilmir.