İranın Esalim və Xalxal dağlıq ərazisində 12 alpinist itkin düşüb.
Bu barədə İran Qızıl Aypara Əməliyyatlar İdarəsinin sədr müavini Şahin Fethi deyib.
O bildirib ki, alpinistlərin itkin düşdüyü ərazidə şiddətli qar yağıntısı müşahidə edilir.
Fəthi 4 axtarış-xilasetmə qrupunun və yerli əhalinin iştirakı ilə bölgədə axtarışların başlanıldığını vurğulayıb.
Qeyd edək ki, sözügedən dağlıq ərazi Ərdəbil və Gilan ostanları arasında yerləşir.