9 Dekabr 2018 01:25
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saray qəsəbəsində 1962-ci il təvəllüdlü Abşeron sakinləri - Bağırova Fatimə Abı qızı və 1968-ci il təvəllüdlü Şiriyeva Elza Abı qızı yolu qarşı tərəfə keçərkən onları maşın vurub.

Yaralı bacılar yaxınlıqda olan insanlar tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə altı gün əvvəl avtomobilin vurduğu piyada Bakıda müalicə aldığı xəstəxanada ölüb.


Müəllif: Teleqraf.com