15 Dekabr 2018 13:03
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - paytaxt sakini V.Bağırova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov