Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.