Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, dələduzluq etdiyinə görə həbs olunan M.Əliyevanın ətrafında Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsində araşdırma başlanıb.
Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin fevral ayından sentyabr ayınadək olan müddətdə daha 4 nəfərə qarşı analoji hərəkətləri etdiyi məlum olub.
M.Əliyevanın Bakı şəhər sakinləri D.Babayevanı, A.Əbdürrəhmanovanı, Y.Xəlilovu və R.Xudaverdiyevanı aldadıb onlardan qızıl-zinət əşyaları alması da müəyyən edilib.