Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də, saat 23 radələrində Salyan şosesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb.
Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar.
Zərərçəkmiş bu barədə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.