Bakının Xəzər rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini K.Heydərov iyunun 6-da, gecə saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə aralarında Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verib.
Bu zaman həmin şəxs onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hvə adisə yerini tərk edib.
Zərərçəkmiş xəstəxanaya müraciət edib və baş vermiş olayla bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.