15 İyun 20:14

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Rayonun Qoyunbinəsi kənd yolunda "VAZ" və "QAZel" markalı maşın toqquşub.

Nəticədə 3 nəfər - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com