Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 25.650 manat və 9800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin götürülüb.