23 İyul 2019 22:24
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərinin Kəmər rayonunda turistləri aparan avtobus dərəyə aşıb. İlkin məlumata görə, çox sayda yaralı var.

Teleqraf.com xəbər verir ki, qəzanın sürücünün idarəetməni qəfil itirməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, bir neçə gün öncə Antalyada azərbaycanlıların da olduğu avtobus qəzaya uğramışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər