Sabiq deputat, Müsavat Partiyasının Divan üzvü İkram İsrafil partiyanın seçkili orqanlarına namizədliyini verib.
Teleqraf.com-un məlumatına görə, İ.İsrafil qeyd edib ki, dünən Müsavatda sərbəst məclis üzvlüyünə namizədliyini rəsmiləşdirib:
“Müsavata üzv olduğum gündən indiyə qədər namizəd olduğum bütün seçkilərdə Sizlərin etimadı ilə özək sədri, sərbəst şura üzvü, rayon təşkilatının sədr müavini, sədr, sərbəst məclis üzvü, deputatlığa namizəd, deputat, divan üzvü seçilmişəm. Bütün görəvlərimdə etimadınızı heç zaman unutmadım və çalışdım ki, bu etimadı doğruldum. Buna nə qədər nail olduğumu, artıq qurultayımızda Sizlərin göstərəcəyiniz mövqedən aydın görünəcək. Sizlərin “hə” və “yox” mənim üçün yeni məsuliyyət demək olacaq. Bütün hallarda qurultayımızda alacağımız qərarlar, dövlətimiz, xalqımız və partiyamız üçün xeyirli, uğurlu olsun. Namizədliyi olan bütün dostlara uğurlar arzulayıram”.
Kəmalə