Azərbaycan şirkətləri Gürcüstana investisiyaları artırmağı planlaşdırırlar. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cümə axşamı Bakıda danışıqların yekunu üzrə gürcüstanlı jurnalistlərə deyib.
Baş nazir qeyd edib: "Bu, Bakıya ilk rəsmi səfərimdir. Biz bir çox məsələləri müzakirə etdik və bir daha təsdiq etdik ki, strateji tərəfdaşlarıq. Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır".
İ.Qaribaşvili Azərbaycandan yeni investisiyaların yatırılmasını gözləyir: "Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatına investisiyaları artıracağı planlaşdırılır".