17 Avqust 00:55

Meksikada mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, qəza İdalqo ştatında baş verib.

İlkin məlumatlara görə, avtomobil sürücüsü idarəetməni itirib.

Mikroavtobusda konsertə qatılan uşaqların valideynləri də olub. Onlar Mexiko şəhərinə gedirmişlər.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər gəlib.


Müəllif: Teleqraf.com