19 Avqust 2019 11:20
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrsili kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​


Müəllif: Teleqraf.com