Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.
Kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.