10 Sentyabr 2019 11:43
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsinə müraciət edən rayon sakini B.Kərimov cibindən 500 manat pulunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Kadırova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov