16 Sentyabr 2014 13:57
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filial və ya nümayəndəliyi ləğv ediləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsi ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Әli Hüseynli məlumat verib.

O qeyd edib ki, bu məsələ "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.


Ә.Hüseynli bildirib ki, "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər