17 Sentyabr 2014 22:00
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibə Qafarova: “Azərbaycan gender bərabərliyinin qorunduğu ölkələrdəndir”

Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsi İtaliya Xarici İşlər Nazirliyi ilə birgə sentyabrın 16-dan 20-dək Romada beynəlxalq konfrans keçirir.

Teleqraf.com-un məlumatına görə, konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, Qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsi, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi və xüsusi mexanizmlərin yaradılması barədə fikir mübadiləsi aparılır.

Ölkədə insan alverinə qarşı mübarizədə uğurlu nəticələr əldə edildiyini vurğulayan deputat əlavə edib ki, Azərbaycan gender bərabərliyinin qorunduğu, bununla bağlı müvafiq hüquqi beynəlxalq sənədlərə qoşulmuş ölkələrdəndir:

“Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb. Əlbəttə ki, həyata keçirilən səmərəli gender siyasəti Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər