İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib.
Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.
Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.